Avrozonada inflyasiya ötən ay artım göstərib | Banco.az

Avrozonada inflyasiya ötən ay artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada aprel ayında illik inflyasiya 7 faizə yüksəlib. 

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) aprel ayına dair Avropa İttifaqı (Aİ) və Avrozona üzrə yekun inflyasiya məlumatlarını açıqlayıb. 

Buna görə, Avrozonada mart ayında 7,0 faiz olan illik inflyasiya ötən ay 7 faiz olaraq hedablanıb. İlkin məlumatlarda sözügedən dövr üzrə inflyasiya illik 7 faiz açıqlanmışdı. Odur ki, yekun məlumatlar aparıcı məlumatları təsdiqləyib.

Avrozonada aprel ayında inflyasiya əvvəlki ayla müqayisədə isə 0,6 faiz artıb.

Region ölkələrində inflyasiyanın 2,75 faizini ərzaq, alkoqol və tütün məmulatları, 2,21 faizini xidmətlər, 1,62 faizini qeyri-enerji sənayesi məhsulları, 0,38 faizini də enerji məhsulları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et