Avrozonada inflyasiya göstəriciləri açıqlanıb | Banco.az

Avrozonada inflyasiya göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fevralda Avrozonada inflyasiya illik 8,5 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) fevral ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın yekun inflyasiya məlumatlarını açıqlayıb.

Buna görə, Avrozonada yanvar ayında 8,6 faiz olan illik inflyasiya fevral ayında 8,5 faiz enib.

Sözügedən dövrdə regionda inflyasiya əvvəlki ayla müqayisədə isə 0,8 faiz artıb.

Qeyd edək ki, Avrozonada inflyasiyanın 3,1 faizini ərzaq, alkoqol və tütün məmulatları, 2,02 faizini xidmətlər, 1,74 faizini qeyri-enerji sənayesi məhsulları, 1,64 faizini enerji məhsulları təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram