Avrozonada inflyasiya 5,8%-ə yüksəlib | Banco.az

Avrozonada inflyasiya 5,8%-ə yüksəlib

Avrozonada istehlak qiymətləri fevralda illik müqayisədə 5,8% artıb.

Bu barədə "Eurostat"ın ilkin məlumatlarına istinadən xəbər verilir.

Yanvar ayı ilə müqayisədə ötən ay illik inflyasiya 0,7 faiz bəndi sürətlənib. Ayrı-ayrı kateqoriyalara gəldikdə, istehlak səbətində illik müqayisədə ən çox enerji qiymətləri artıb (31,7%). Qalan qiymətlər isə orta dərəcədə artıb – qida, alkoqol və tütün məhsulları fevralda 4,1% bahalaşıb.

Qeyd edək ki, ilkin hesablamalara görə, fevralda ən yüksək illik inflyasiya Litvada (13,9%) və Estoniyada (12,4%), ən aşağı qiymət artımı isə Fransa (4,1%), Finlandiya (4,3%) və Maltada (4,3%) qeydə alınıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram