Avrozonada inflyasiya 10 ilin maksimumuna çatdı | Banco.az

Avrozonada inflyasiya 10 ilin maksimumuna çatdı

Tamara Mustafayeva, Banco.az

Avrozonada inflyasiya ötən 10 ilin maksimumuna yüksəlib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Avrozonada illik inflyasiya 3%-lik göstərici ilə 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Avropa Statistika Ofisinin (Eurostat) məlumatına görə, 19 üzvü olan Avrozonada avqust ayı üzrə illik inflyasiya proqnozları üstələyərək 3 faiz bəndi qeydə alınıb ki, ötən ay bu göstərici 2,2% idi. 

İllik nüvə inflyasiyası isə 1,6%-lik göstərici ilə 2012-ci ildən bəri müşahidə olunan ən yuxarı həddə çatıb. Ötən ay nüvə inflyasiyası 0,7% artım göstərmişdi.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının rəsmiləri inflyasiya göstəricisindəki artım tendensiyasının müvəqqəti xarakter daşıdığını düşünsələr də, tendensiyanın bir müddət davam edəcəyi istisna edilmir.

Bu gün açıqlanan məlumatlara görə, Fransada inflyasiya 2,4% ilə 2018-ci ildən, İtaliyada isə 2,6% ilə 2012-ci ildən bəri qeydə alınan ən yuxarı göstəriciyə imza atıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram