Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada inflyasiya göstəricisi proqnozlara uyğun gəlib.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozona və Avropa İttifaqının (Aİ) iyun ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.
Məlumatlara görə, Avrozonada illik inflyasiya iyunda 2,5 faizə yüksəlib. Aylıq inflyasiya isə 0,2 faiz təşkil edib.
Ekspertlərin proqnozu da məhz bu istiqamətdə idi.
İyun ayında Avrozonada baza inflyasiyası illik 2,9 faiz hesablanıb.
Avrozonada inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda görürük ki, ən yüksək illik inflyasiya 1,84 faiz ilə xidmət sektorunda müşahidə edilib. Bu sektoru 0,48 faizlə qida, spirt və tütün məmulatları, 0,17 faizlə qeyri-enerji sənaye məhsulları, 0,02 faizlə enerji məhsulları izləyib.
Aİ ilə uyğunlaşdırılmış məlumatlara görə, iyun ayında ən yüksək inflyasiyanın qeydə alındığı ölkələr 5,4 faizlə Belçika, 5,3 faizlə Rumıniya, 3,6 faizlə Macarıstan və İspaniya, 3,5 faizlə Xorvatiya və 3,4 faizlə Niderlandda olub.
Bizi sosial şəbəkələrdən izləyin!!