Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ay Avrozonada illik inflyasiya artım göstərib.
Banco.az xəbər verir ki, Avropa Statistika Təşkilatı (Avrostat) iyul ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın yekun inflyasiya məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, Avrozonada iyun ayı ərzində 5,5 faiz olan illik inflyasiya iyulda 5,3 faiz təşkil edib.
Xatırladaq ki, ilkin məlumatlara əsasən də iyulda inflyasiya illik 5,3 faiz olaraq açıqlanmışdı. Beləliklə, yekun məlumatlar ilkin məlumatları təsdiqləyib.
Region ölkələrində aylıq inflyasiya isə 0,1 faiz qeydə alınıb.
Avrozonada inflyasiyanın 2,47 faizi xidmətlər, 2,2 faizi ərzaq, alkoqol və tütün məmulatları, 1,26 faizi isə qeyri-enerji sənayesi məhsulları hesabına formalaşıb.
Ölkələr üzrə nəzər saldıqda isə görülür ki, sözügedən dövrdə Macarıstanda illik inflyasiya 17,5 faiz, Polşa və Slovakiyada 10,3 faiz, Çexiyada 10,2 faiz, Rumıniyada 8,9 isə faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!