Avrozonada dövlət borcu artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avrozonada dövlət borcu artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti bu ilin birinci rübündə 88,7 faizə çatıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2024-cü ilin birinci rübü üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın dövlət borcu və büdcə kəsiri məlumatlarını açıqlayıb.

Məlumatlara görə, Avrozonada ötən ilin son rübündə 88,2 faiz olan dövlət borcunun ÜDM-ə nisbəti bu ilin birinci rübündə 88,7 faizə yüksəlib.

Aİ-də ötən ilin dördüncü rübündə 81,5 faiz olan dövlət borcunun ÜDM-ə nisbəti birinci rübdə 82 faiz olaraq ölçülüb.

Beləliklə, ümumi dövlət borcu Avrozonada 12 trilyon 926 milyard avroya, Aİ-də isə 14 trilyon 103 milyard avroya çatıb.

Aİ üzvü ölkələr arasında ilin birinci rübündə dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkə 159,8 faiz ilə Yunanıstan olub. Sözügedən dövrdə dövlət borcunun ÜDM-ə nisbəti ən aşağı olan ölkə isə 22,6 faiz ilə Bolqarıstan olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram