Avrozonada “dərin tənəzzül” ola bilər | Banco.az

Avrozonada “dərin tənəzzül” ola bilər

Tamara Mustafayeva, Banco.az

"Deutsche Bank" iqtisadçıları Avropaya təbii qaz nəqlinin dayandırılmasından sonra Avrozonanın əvvəlki proqnozlardan daha dərin tənəzzülə girəcəyi ilə bağlı proqnozlarını bölüşüblər.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, “Şimal axını 1” vasitəsilə Rusiyadan Avropaya qaz tədarükünün dayandırılmasından sonra "Deutsche Bank" iqtisadçıları müştərilərinə göndərdikləri qeyddə Avrozona iqtisadiyyatının gələn il 2,2 faiz kiçiləcəyini bildiriblər. Əvvəlki proqnoz isə 0,3 faiz azalma olacağını göstərirdi.

Enerji daşınmalarının azalmasından ən çox təsirlənəcəyi düşünülən Almaniya iqtisadiyyatının 4 faiz daralacağı təxmin edilir.

Davam edən tədarük zənciri problemləri, sıx əmək bazarı və zəifləyən avro iqtisadiyyatdakı geriləməni kompensasiya etdiyi üçün 2022-ci il üzrə 8,2 faiz olan inflyasiya proqnozu 2023-cü il üzrə 6,2 faizə endirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bank 2023-cü ilin I rübünün sonunda Avropa Mərkəzi Bankının depozit faizinin isə 2,5 faizə yüksələcəyini gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et