Avrozonada biznes aktivliyi 9 ayın ən yüksək həddinə çatıb | Banco.az

Avrozonada biznes aktivliyi 9 ayın ən yüksək həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada biznes aktivliyi fevral ayında ötən 9 ayın ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, “S&P Global”ın məlumatlarına görə, Avrozona iqtisadiyyatının ümumi vəziyyətini ölçən aparıcı kompozit PMI indeksi fevralda 50,3-dən 52,3-ə yüksələrək ötən 9 ayın ən yüksək səviyyəsinə çatıb. Bu vəziyyət region iqtisadiyyatının birinci rübdə tənəzzüldən yayınacağına dair gözləntiləri artırıb.

Ekspertlər isə bu göstəricinin 50,7 punkt olacağını gözləyirdilər.

İstehsal sektorunda daralma davam edib. Aparıcı istehsal PMI 48,8-dən 48,5-ə düşüb. Proqnozlar 49,3 istiqamətində idi. 

Xidmətlər PMI 50,8-dən 53-ə yüksəlib ki, bu da ötən 8 ayda ən böyük artımdır. Proqnozlar 51 punktu işarə edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avrozonanın iki ən böyük iqtisadiyyatı olan Almaniya və Fransada da biznes fəaliyyəti yaxşılaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et