Avrozonada baza inflyasiyası rekord həddə çatıb | Banco.az

Avrozonada baza inflyasiyası rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankından (ECB) faiz artımı mesajları gəlməyə davam edərkən, Avrozonada baza inflyasiyası rekord səviyyələrə çatıb.

Banco.az xəbər verir ki, Avrozonda ötən ay illik baza inflyasiyası 5,6 faiz təşkil edib. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar bu göstəricinin 5,3 faiz olacağını gözləyirdilər.

Baza inflyasiyasında rekord qeydə alınarkən, başlıq inflyasiyası da proqnozları üstələyib.

Fevral ayında Avrozonada istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 8,5 faiz artıb. Bu göstərici üçün proqnoz 8,3 faiz olaraq qeyd edilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Qiymətlər sözügedən dövrdə aylıq olaraq da 0,8 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et