Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada baza inflyasiyası proqnozları üstələyib.
Banco.az xəbər verir ki, Avropa Statistika Təşkilatı (Avrostat) Avrozonanın iyun ayı üzrə inflyasiya məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, region ölkələrində illik inflyasiya proqnozlara uyğun olaraq 6,1 faizdən 5,5 faizə geriləyib.
İyun ayında baza inflyasiyası 5,4 faizdən 5,5 faizə yenidən nəzərdən keçirilib. Bu göstərici may ayında 5,3 faiz idi.
Aylıq inflyasiya isə dəyişməyərək 0,3 faiz səviyyəsində qalıb.
Qeyd edək ki, baza inflyasiyada gözlənilməz yüksəliş reviziyası Avropa Mərkəzi Bankının (ECB) gələn həftə keçiriləcək iclasında faiz dərəcələrini artırmağa davam edəcəyi ilə bağlı gözləntiləri gücləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!