Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada iyun ayında 22,3 milyard avro xarici ticarət kəsiri yaranıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsinin (Avrostat) dərc etdiyi Avropa İttifaqı (Aİ) və Avrozonanın iyun ayı beynəlxalq ticarət məlumatlarına əsasən, Aİ-nin ixracatı iyunda əvvəlki ilin eyni ayına görə 6,1 faiz azalaraq 212,3 milyard avroya, idxalı isə 7,7 faiz azalaraq 191,4 milyard avroya düşüb.
Bununla da Aİ-nin sözügedən ayda xarici ticarət kəsiri 20,9 milyard avro hesablanıb.
Avrozonada isə ixrac iyunda 2023-cü ilin eyni ayına görə 6,3 faiz azalaraq 236,7 milyard avroya, idxal 8,6 faiz azalaraq 214,4 milyard avroya düşüb. Beləliklə, Avrozonanın iyunda ticarət kəsiri 22,3 milyard avro qeyd edilib.
Sözügedən dövrdə Aİ ölkələrindən ən çox idxal həyata keçirən ölkələr 44,6 milyard avro ilə ABŞ, 28 milyard avro ilə İngiltərə, 19,1 milyard avro ilə Çin, 15,4 milyard avro ilə İsveçrə və 8,3 milyard avro ilə Türkiyə olub. Aİ ölkələrinə ən çox ixrac edən ölkələr isə 39,7 milyard avro ilə Çin, 25,9 milyard avro ilə ABŞ, 14,1 milyard avro ilə İngiltərə, 10,8 milyard avro ilə İsveçrə, 8,3 milyard avro ilə Norveç və 8 milyard avro ilə Türkiyə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!