Müəllif - Aida İsaq, Banco.az
Avrozona 2023-cü ildə tənəzzüldən yan qaçaraq iqtisadiyyatını 0,1% artıracaq.
Banco.az xəbər verir ki, “Consensus Economics" şirkətinin ekspertləri bu qənaətə gəlib. Şirkət tərəfindən iqtisadçılar arasında sorğular aparılıb. Beləliklə, ekspertlər enerji qiymətlərinin ucuzlaşması, Avropa hökumətlərinin dəstək tədbirləri və Çində koronavirus məhdudiyyətlərinin aradan qaldırılması fonunda qlobal iqtisadiyyatın böyüməsini proqnozlaşdırıb. Halbuki, ekspertlər bir ay əvvəl avrozonanın 2023-cü ildəki iqtisadi perspektivləri ilə bağlı ürəkaçan sözlər söyləmirdi. Ancaq proqnozlar yenidən nəzərdən keçirilərək müsbətə doğru dəyişilib.
Qeyd edək ki, bundan öncə, Avropa Komissiyasının (AK) sədr müavini Valdis Dombrovskis regionda iqtisadi artımın gözləntilərdən daha çox olduğunu qeyd edərək, ölkələrin 2023-cü ildə tənəzzüldən yan keçə biləcəyini bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!