Avrozona son 8 ildə ilk dəfə ticarət kəsiri ilə qarşılaşıb | Banco.az

Avrozona son 8 ildə ilk dəfə ticarət kəsiri ilə qarşılaşıb

Avrozonada beynəlxalq malların ticarət defisiti 2021-ci ilin noyabr ayında 1,5 mlrd. avro təşkil edib. Halbuki 2020-ci ilin noyabr ayındakı profisit qeydə alınmışdı.

Bu barədə "Eurostat"ın açıqlamasında deyilir.

Bu, Avrozonada 2014-cü ilin yanvar ayından bəri qeydə alınan ilk ticarət kəsridir.

Avrozonanın ixracı noyabr ayında 225,1 mlrd. avro təşkil edib ki, bu da illik ifadədə 14,4% çoxdur. İdxal 226,6 mlrd. avro təşkil edib.

Noyabrda Avrozonadaxili ticarət 204,3 mlrd. avroya yüksəlib, bu göstərici əvvəlki ilin eyni ayı ilə müqayisədə 22,1% çoxdur.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et