Ehtimal var ki, AMB cümə axşamı keçiriləcək iclasında əsas faiz dərəcələrini azaldacaq və iqtisadi artımın, o cümlədən, oktyabr ayından bu yana 1,0%-in altında olan inflyasiya tempinin tezləşməsi məqsədilə digər tədbirlər də həyata keçirəcək. AMB rəhbəri tərəfindən keçiriləcək iclas ərəfəsində Avrozonanın iqtisadi vəziyyəti haqqında ümumi təsəvvür yarada biləcək məlumatların çıxışı gözlənilir. Təchizat üzrə menecerlərin indeksləri bazar ertəsi və çərşənbə günü dərc olunacaq və gözlənildiyi kimi may ayında iqtisadi artımın aprel ayı ilə müqayisədə daha zəif olduğu təsdiqini tapacaqdır. Çərşənbə axşamı planlaşdırılan məlumatlar gözlənildiyi kimi may ayında inflyasiya templərinin AMB tərəfindən müəyyənləşdirilmiş 2,0%-dən aşağı olduğunu və işsizlik səviyyəsinin aprel ayında rekord minimum ətrafında olduğunu göstərəcəklər. Onlar həmçinin valyuta blokunda olan istehlakçı xərclərinin zəif olduğuna işarə edəcəklər.
Mənbə: xeber.investaz.az