Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada istehlakçılar artıq inflyasiya ilə bağlı daha nikbindirlər.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) həyata keçirdiyi anket sorğusu Avrozonada istehlakçıların inflyasiya gözləntilərinin əsaslı dərəcədə azaldığını aşkara çıxarıb.
ECB-nin hər ay dərc etdiyi və Avrozonanın ən böyük ölkələrindən 14 min iştirakçı ilə keçirilən sorğunun nəticələrinə görə, mart ayında 5 faiz olan 12 aylıq inflyasiya gözləntisi apreldə 4,1 faizə, 3 illik inflyasiya gözləntisi isə 2,9 faizdən 2,5 faizə geriləyib.
Xatırladaq ki, Avrozonada inflyasiya iki rəqəmli həddən geriləyək may ayında 6,1 faizə, baza inflyasiya da 5,3 faizə düşsə də, region ölkələrində inflyasiya həddi hələ də ECB-nin 2 faizlik hədəfindən xeyli yuxarıdır. ECB sədri Kristin Laqard isə iki gün əvvəlki çıxışında qiymətləri nəzarət altında saxlamaq üçün faiz artımının davam edəcəyi mesajını vermişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!