Avrozona iqtisadiyyatında bərpa davam edir | Banco.az

Avrozona iqtisadiyyatında bərpa davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada bərpa ötən ay sürətlənsə də, artım sektorlar və ölkələr üzrə müxtəliflik göstərib.

Banco.az xəbər verir ki, Avrozonada iqtisadiyyatın ümumi gücünü ölçən S&P Qlobal Kompozit PMI İndeksi mart ayında 54,1-dən 53,7-yə doğru nəzərdən keçirilib.

Bu aşağı istiqamətli nəzərdən keçirilməyə baxmayaraq, indeks ötən 10 ayın ən yüksək səviyyəsinə çatıb. Fevral ayında isə indeks 52 dəyərini almışdı.

Avrozonanın sözügedən dövr üzrə Xidmətlər PMI göstəricisi isə 55,6-dan 55-ə doğru dəyişdirilib.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada yekun kompozit PMI 52,6 səviyyəsində qalıb, xidmətlər PMI isə 53,9-dan 53,7-yə yenidən baxılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et