Avrozona iqtisadiyyatı III rübdə 2,2% böyüdü | Banco.az

Avrozona iqtisadiyyatı III rübdə 2,2% böyüdü

Tamara  Mustafayeva, Banco.az

Avrozona iqtisadiyyatı III rübdə 2,2% artım göstərib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avrozona iqtisadiyyatı ilin III rübündə ötən rübə nəzərən 2,2%, illik əsasda isə 3,7%-lik artım göstəricisi ilə proqnozlara paralel nəticələrə imza atıb.

"Eurostat" göstəricilərinə görə, iyul-sentyabr aylarını əhatə edən III rübdə regionun ən böyük iqtisadi artımı 3,3% ilə Avstriyanın payına düşüb ki, onu 3%-lə Fransa, 2,9%-lə isə Portuqaliya izləyib.

Qeyd edək ki, eyni dövrdə ABŞ iqtisadiyyatı isə 2,1% artıma nail olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram