Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən rüb artım göstərməyən Avrozona iqtisadiyyatı ikinci rübdə buna müvəffəq olub.
Banco.az xəbər verir ki, Avropa Statistika Təşkilatının (Avrostat) məlumatlarına görə, Avrozona iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz artıb ki, ekspertlərin proqnozu 0,2 faiz idi.
Bu gün açıqlanan digər məlumatlara görə, region ölkələrində istehlak qiymətləri indeksi (CPI) iyul ayında illik 5,5 faizdən 5,3 faizə geriləyib. Bu baxımdan proqnozlar 5,4 faiz istiqamətində idi. Aylıq CPI isə proqnozlara uyğun olaraq mənfi 0,1 faiz olub.
Regionda baza inflyasiyası aylıq 0,1 faiz azalsa da, illik 5,5 faiz səviyyəsində dəyişməz qalıb.
Avrozonada inflyasiyanın sürətlənməsində enerji xərclərinin artması ilə yanaşı, son aylarda ərzaq qiymətlərinin də bahalaşması mühüm rol oynayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!