Avrozona iqtisadiyyatı bu ilin sonuna qədər tam bərpa olunacaq | Banco.az

Avrozona iqtisadiyyatı bu ilin sonuna qədər tam bərpa olunacaq

"Avrozona iqtisadiyyatı enerji daşıyıcılarının qiymətlərinin artmasından və koronavirusun (COVID-19) yeni dalğasından qaynaqlanan qeyri-müəyyənliklərlə doludur".

Bunu Avropa Mərkəzi Bankının (ECB) ) prezidenti Kristina Laqard videokonfrans formatında keçirilən “Mərkəzi Bankçılıq Forumu”nda bildirib.

Bununla belə, onun sözlərinə görə, avrozona iqtisadiyyatı sürətlə bərpa olunur və bu ilin sonuna qədər pandemiyadan əvvəlki səviyyəyə çatacaq: "İqtisadi canlanma sürətlə və uğurla həyata keçirilən vaksinasiya ilə bağlıdır. Artıq Avropada yaşı 12-dən yuxarı olanların 70%-i peyvənd edilib. Pandemiyaya görə tətbiq olunan bir sıra məhdudiyyətlə tamamilə aradan qaldırılıb, sadəcə sosial məsafənin gözlənilməsi və tibbi maskadan ​​istifadə kimi tələblər qalıb".

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et