Avrozona iqtisadiyyatı 7 aydan sonra ilk dəfə artım göstərib | Banco.az

Avrozona iqtisadiyyatı 7 aydan sonra ilk dəfə artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada PMI indeksləri iqtisadiyyatın 7 ayda ilk dəfə böyüdüyünü göstərib.

Banco.az xəbər verir ki, “S&P Global”ın məlumatına görə, Avrozonada istehsal və xidmət sektorlarını əhatə edən kompozit PMI indeksi yanvarda 49,3-dən 50,2-yə yüksəlib. 

Proqnozlar 49,8 punkt istiqamətində idi. Beləliklə, indeks iyun ayından bəri ilk dəfə kritik 50 həddini keçib.

Xatırladaq ki, indeksin 50-dən yuxarı olması sektorda artımı göstərir.

“S&P Global” Baş İqtisadçısı Kris Uilyamson bildirib ki, Avrozona iqtisadiyyatının sabitləşməsi regionun tənəzzüldən xilas ola biləcəyinin sübutudur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram