Avrozona: İnflasiya səviyyəsi azalmaqda davam edir | Banco.az

Avrozona: İnflasiya səviyyəsi azalmaqda davam edir

Avropada işgüzar fəallığın bərpası istiqamətində hər hansı bir irəliləyiş müşahidə olunmur. Avrostat xidmətinin hesablamalarına görə, Avrozona ölkələrində yanvar ayı üzrə inflasiya səviyyəsi azalaraq, 0.7%-ə çatmışdır. Qeyd edək ki, bu göstərici çoxillik minimum səviyyəsini (0.8%) yenidən bərpa etmişdir. Avropa Mərkəzi Bankının il ərzində 2%-lik inflasiya səviyyəsi nümayiş etdirən hədəf göstəricinə nail olmaq uzaq ehtimal hesab olunur. Analitiklərin fikrincə zaman keçdikcə deflyasiya təhlükəsi region üçün daha real görünür.

Deflyasiya (qiymət və əmək haqqlarının azalması) iqtisadiyyatda durğunluğun yaranması və istehlak tələbinin zəifləməsi ilə müşayiət olunur. Bu səbəbdən də Avrozonada işsizlik səviyyəsinin rekord həddə (12%) olması təəccüb doğurmur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Avrostat tərəfindən təqdim olunan hesabatda keçən ilin dekabr ayında işsizlərin sayında ardıcıl olaraq, 3-cü dəfə azalmanın müşahidə olunduğu və azalma səviyyəsinin 2007-ci ildən sonra maksimal həddə (129 min nəfər) çatdığı qeyd olunmuşdur. Lakin hesabatda qeyd olunan bu faktın işsizlik səviyyəsinə təsiri hələ də müşahidə olunmamışdır.  

Ən sərfəli kredit üçün müraciət et

Banco.az

Sevinc Ibadova

Ən sərfəli krediti almaq üçün müraciət et