Avrozona ikinci rübdə 0,2 faiz artıb | Banco.az

Avrozona ikinci rübdə 0,2 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,2 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın ikinci rübün ümumi daxili məhsul (ÜDM) və məşğulluq məlumatlarını dərc edib.

Məlumatlara görə, 20 üzvlü Avrozonada mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM 2024-cü ilin ikinci rübündə birinci rüblə müqayisədə 0,2 faiz artıb. Avrozonada ÜDM ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,6 faiz artıb.

Aparıcı məlumatlar Avrozonada ÜDM-in rüblük əsasda 0,3 faiz, illik əsasda isə 0,6 faiz artacağı istiqamətində idi. Ən son açıqlanan məlumatlarla rüblük artımın azalan istiqamədə yenidən nəzərdən keçirilməsi diqqət çəkib.

Ən sərfəli kredit üçün müraciət et

Aİ-də mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM ilin ikinci rübündə rüblük müqayisədə 0,2 faiz, illik müqayisədə isə 0,8 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et