Avrozona banklarında kreditləşmə səngiyib | Banco.az

Avrozona banklarında kreditləşmə səngiyib

Müəllif - Aida İsaq, Banco.az

Avrozona bankları mart ayında kreditləşməni yavaşladıb.

Banco.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı məlumat yayıb. Kredit artımının səngiməsinə yüksək faiz dərəcələri və qeyri-müəyyən iqtisadi vəziyyət səbəb olub.

Mart ayında Avrozona üzvü olan 20 ölkədə biznesə verilən kreditlər keçən ilin eyni dövrü ilə müqayisədə cəmi 5,2 faiz artıb. Fevralda isə müvafiq səviyyə 5,7 faiz artıb.

Qeyd edək ki, ev təsərrüfatlarına ayrılan kreditlərin artımı da mart ayında 3,2 faizdən 2,9 faizə enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram