Avroya tələbin artması, qızılı da ucuzlaşdırır | Banco.az

Avroya tələbin artması, qızılı da ucuzlaşdırır

Beynəlxalq maliyyə bazarlarında aparıcı valyutalar arasında avroya olan tələbin artması, qızıl fyuçerslərinin də ucuzlaşmasına səbəb olur.

 

Dolların ucuzlaşması, avroya olan tələbin artması

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son iki həftənin minimum səviyyələrində ticarət edilməkdədir və minimumları da aşağı istiqamətdə qırarsa, 1%-ə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, avroya olan tələb və EUR/USD məzənnəsinin 1.13$-a kimi bahalaşa biləcəyi proqnozları da artıb.

 

Avronun bahalaşması, qızılı da ucuzlaşdırır

Avroya olan tələbin artması əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına səbəb olur. Əlvan metallar bazarlarında hal-hazırda 1292$-ın altında ticarət edilən qızılın bir unsiya üzrə qiyməti 1290$-ı da aşağı istiqamətdə qırarsa, 1281$-a kimi də ucuzlaşa bilər.

İnvestAz