"Avropanın xarici işçi qüvvəsinə ehtiyacı var" | Banco.az

"Avropanın xarici işçi qüvvəsinə ehtiyacı var"

Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqına (Aİ) daxil olan ölkələrdə xarici işçi qüvvəsinə ehtiyac duyulduğunu söyləyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Ursula fon der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının növbəti sessiyasında “İttifaqın vəziyyəti” mövzusunda çıxış edib.

“Yüksək dövlət borcunun yeni reallıq olduğunu qəbul etməliyik” deyən fon der Leyen Aİ-də maliyyə davamlılığını qoruyacaq və strateji investisiyaların həyata keçirilməsini təmin edəcək yeni fiskal qaydalara ehtiyac olduğunu vurğulayıb. O, yeni maliyyə qaydalarının qarşıdakı illərdə ortaya çıxacaq çətinliklərə uyğun şəkildə hazırlanacağına və bu mövzu ilə bağlı yeni fikirləri oktyabr ayında açıqlayacaqlarına diqqət çəkib.

Sədr ixtisaslı kadr çatışmazlığı problemi ilə üzləşdiklərini də bildirib. Avropada işsizlik nisbətinin 6% olduğunu və bunun çox yaxşı bir nisbət olmasına baxmayaraq, bir çox vakansiyaların doldurula bilmədiyini ifadə edən fon der Leyen xaricdən işçilərin gəlməsinin zəruriliyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

O, həmçinin Avropa İttifaqına üzv ölkələri xarici işçilərin ixtisaslarını daha tez tanımağa da çağırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et