Avropanın rus almazlarına qadağası qüvvəyə mindi | Banco.az

Avropanın rus almazlarına qadağası qüvvəyə mindi

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin yanvarın birindən G7 ölkələrinin Rusiyadan almaz idxalına qadağası qüvvəyə minib.

Banco.az xəbər verir ki,  G7 2023-cü ilin dekabrında verilmiş bu qərarın mahiyyəti  Rusiya iqtisadiyyatını zəiflətməyə yönəlmiş olaraq qiymətləndirilir. Qərara əsasən, 2024-cü il martın 1-dən G7 ölkələri üçüncü ölkələrdə emal olunmuş 1 karatlıq rus almazlarının idxalını məhdudlaşdıracaq.

Eyni zamanda, G7 ölkələri 2024-cü il sentyabrın 1-dək bu tədbirlərin gücləndirilməsi məqsədilə kobud almazların yoxlanılması və sertifikatlaşdırılması mexanizmini yaratmaq niyyətindədirlər.

Bu ilin sentyabrın 1-dən Aİ ölkələri üçüncü ölkələrdə emal olunmuş sintetik brilyantların, almazdan istifadə edilərək həmin ölkələrdə hazırlanan zərgərlik məmulatlarının idxalını  dayandıracaqlar.

G7-nin müvafiq qərarını şərh edən, Rusiya Federasiyası Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov bildirib ki,  qadağaya baxmayaraq rus almazları yeni bazarlar tapacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Bir müddət əvvəl Rusiya Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina G7-nin qəbul etdiyi bu qərarı Rusiya Federasiyasına qarşı ən ağrılı sanksiya adlandırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram