Avropanın ikinci ən böyük bankı bu ölkədəki filialını satacaq | Banco.az

Avropanın ikinci ən böyük bankı bu ölkədəki filialını satacaq

Tamara Mustafayeva, Banco.az

Avropanın ikinci ən böyük bankı Commerzbank Macarıstanda fəaliyyət göstərən filialını satmaq istəyir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, banka yaxın mənbələrdən əldə edilən məlumata görə, Commerzbank maliyyə xərclərini azaltma və prioritet hesab edilməyən ölkələrdən geri çəkilmə strategiyası çərçivəsində Macarıstandakı filialını satmağa hazırlaşır. Sözügedən filialın dəyərinin isə təqribən 100 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, "Commerzbank Macarıstan"ın satışına Belçikalı KBC Group və Avstaliyalı Raiffeisen Bank International tərəfindən maraq göstəriləcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et