Avropanın ikinci böyük avtomobil istehsalçısı gəlirini kəskin artırıb | Banco.az

Avropanın ikinci böyük avtomobil istehsalçısı gəlirini kəskin artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Stellantis” şirkəti balans hesabatını açıqlayıb.

Banco.az xəbər verir ki, Avropanın ikinci böyük avtomobil istehsalçısı olan “Stellantis” III rübdə xalis gəlirini 29 faiz artıraraq 42,1 milyard avroya (41,3 milyard dollar) çatdırıb.

“Stellantis NV” şirkətinin gəlirləri ilin üçüncü rübündə avtomobil qiymətlərinin bahalaşması və başda “Jeep Compass” modeli olmaqla satışların çoxalması ilə artım göstərib.

Ram pikapları və Fiat avtomobilləri istehsal edən şirkətdən bildirib ki, xalis gəlir 29 faiz artaraq 42,1 milyard avroya (41,3 milyard dollar) çatıb və 40,1 milyard avroluq bazar proqnozlarını üstələyib.

Avropanın ikinci ən böyük avtomobil istehsalçısının konsolidasiya edilmiş tədarük həcmi isə üçüncü rübdə 13 faiz artaraq 1,3 milyon avtomobilə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkətin Milan birjasında satılan səhmləri il ərzində 18% ucuzlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et