Avropanın iki enerji nəhəngi arasında hidrogen tərəfdaşlığı əldə olunub | Banco.az

Avropanın iki enerji nəhəngi arasında hidrogen tərəfdaşlığı əldə olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Equinor” və “RWE” şirkətləri hidrogen tədarük zənciri üzrə tərəfdaşlığa başlayırlar.

Banco.az xəbər verir ki, Norveçin “Equinor” və Almaniyanın “RWE” şirkətləri aşağı karbonlu hidrogen istehsalı və istifadəsi üçün bir neçə milyard avro dəyərində investisiya qoyuluşunu əhatə edəcək təchizat zəncirinin yaradılması planlarını açıqlayıblar.

Sözügedən planla Almaniyanın kömür və karbon qazı emissiyalarından asılılığı azalacaq.

“Equinor” və “RWE” əvvəlcə Almaniyada təbii qazla, sonra Norveçdə təbii qazdan hasil edilən hidrogenlə işləyəcək yeni elektrik stansiyaları tikməyi planlaşdırır.

Qeyd edək ki, şirkətlər sözügedən tərəfdaşlıq çərçivəsində tərəflərin investisiya öhdəlikləri haqqında ətraflı məlumat verməyiblər. 

Ən sərfəli kredit üçün müraciət et

Almaniyanın ən böyük enerji istehsalçısı olan “RWE” isə tərəfdaşlığın bir neçə milyard avro dəyərində investisiya qoyuluşunu əhatə edəcəyini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et