Müəllif - Aida İsaq, Banco.az
Avropanın Rusiyadan enerji asılılığının tamamilə aradan qalxması haqqında danışmaq hələ tezdir.
Banco.az xəbər verir ki, bu barədə İtaliyanın enerji nəhəngi “Enel” şirkətinin baş direktoru Françesko Starace bildirib. Dünyanın ikinci ən böyük enerji təchizatçısının rəhbəri Avropa anbarlarının yalnız Rusiyadan gələn qazın köməyi ilə doldurulduğunu xatırladıb. Onun sözlərinə görə, 2022-ci ilin sonunda Rusiyadan qaz idxalı davam edirdi. Lakin cari ildə idxalın olmayacağı hamıya məlumdur. Beləliklə, o, Rusiyadan asılılığın tamamilə aradan qalxdığını söyləməyin tez olduğunu vurğulayıb. Onun fikrincə, 2023-cü ilin aprel-iyun ayları Avropa ölkələrinin gələn qış mövsümünə hazırlığı üçün olduqca əhəmiyyətli dövr olacaq. Şirkət rəhbəri həmçinin qeyd edib ki, Avropanın enerji müstəqilliyi digər ölkələrdə imzalanaraq qazın alışını özündə ehtiva edən müqavilə şərtlərinin yerinə yetirilməsindən də asılı olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!