Avropanın enerji böhranı bir neçə il davam edə bilər | Banco.az

Avropanın enerji böhranı bir neçə il davam edə bilər

Müəllif - Aida İsaq, Banco.az

Avropada enerji böhranı bir neçə il davam edəcək. Banco.az xəbər verir ki, bu barədə İsveçrə-Hollandiya neft treyderi "Vitol"un təmsilçisi Sid Bambavale bildirib.

“Avropa qaz böhranıyla üz-üzədir. Bu, iki-üç il belə davam edəcək. Yüz milyardlarla avronun xərclənilməsinə, anbarların doldurulmasına baxmayaraq, böhran təhlükəsi böyükdür” - deyə S.Bambavale bildirib.

Onun sözlərinə görə, təbii qazın əlavə tədarükü ilə enerjiyə tələbat azaldılmalıdır. Eyni zamanda, tələbi normada saxlamaq üçün qaz qiymətlərinin yüksək səviyyədə davam etməsi vacibdir.

Qeyd edək ki, avqustun sonunda "Vygon Consulting"in tədqiqat direktoru Mariya Belovanın sözlərinə görə, Rusiyadan qazdan imtinaya görə Avropa üç il davam edən enerji böhranı ilə üzləşə bilər. Onun sözlərinə görə, Avropada qazın qiyməti Rusiyadan ixracın həcmindən asılı olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et