Avropanın ən zəngini: Amancio Ortega daha 2,2 mlrd varlandı | Banco.az

Avropanın ən zəngini: Amancio Ortega daha 2,2 mlrd varlandı

Amancio Ortega, öz keçmiş həyat yoldaşı Rozalia Meroy ilə birlikdə İnditex – (Zaranın məxsus olduğu qrup) şirkətin əsasını 40 il əvəvl qoyub.

İspaniyalı milyarder, Inditex holdinqinin başlıca benefisiarıdır.  Bu holdinqə Zara, Oysho, Massimo Dutti kimi brendlər daxildir. Ortega bir neçə sutka ərzində sərvətini 2,2 milyard dollar artıraraq, $78,3 milyard dollara çatdırıb. Bu haqda Forbes saytının Real Time göstəriciləri deməyə əsas verir.

Reytinqin ilk pilləsinə isə Ortega ilk dəfə 2015-ci ilin dekabrında yüksəlib, daha sonra o, 2016-cı ilin senytabrında və 2017-ci ilin avqustunda birincilik əldə edib. İndi onu Jeff Bezos ($96,2 mlrd), Bill Gates ($90,2 mlrd) və Buffet ($85,4 mlrd) qabaqlayır.

Ən sərfəli kredit üçün müraciət et

Milyarderin sərvəti  Inditex şirkətinin səhmlərinin qiymətinə proporsional şəkildə artır, o 59,29% səhmə sahibdir. Təkcə 4 dekabr ərzində səhmlərin qiyməti bir ədəd səhm üzrə €29,57 dollardan €30,58 dollara yüksəlib.

Yüksəlişin səbəbi analiklərin müsbət proqnozları ilə bağlıdır. J P Morgan Chase & Co bankının analitikləri İnditexin səhmlərinin qiymətinin bir səhmə görə 38 dollara yüksələcəyini gözləyir.