Avropanın ən yaxşı hava yolu şirkəti bəlli olub | Banco.az

Avropanın ən yaxşı hava yolu şirkəti bəlli olub

Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) aviasiya qiymətləndirmə agentliyi "Skytrax" tərəfindən "Avropanın ən yaxşı aviaşirkəti" seçilib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, THY Mətbuat Xidmətindən verilən məlumata görə, Türk Hava Yolları Londonda keçirilən "World Airline Awards" mərasimində Avropanın ən yaxşı hava yolu şirkəti seçilməklə yanaşı, “Dünyanın ən yaxşı biznes sinif iaşə xidməti” və “Cənubi Avropanın ən yaxşı hava yolu şirkəti” mükafatlarına da layiq görülüb.

İngilis, fransız, ispan, rus, yapon və çin dillərində təqdim olunan 2021/2022 sorğusu 100-dən çox milləti təmsil edən 14,32 milyon cavabı analiz edib və aviaşirkətlər arasında qaliblər 2021-ci ilin sentyabrından 2022-ci ilin avqustuna qədər onlayn müştəri sorğusu ilə müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et