Avropanın ən turistik şəhərlərindən biri “Airbnb”yə məhdudiyyət qoymağa hazırlaşır | Banco.az

Avropanın ən turistik şəhərlərindən biri “Airbnb”yə məhdudiyyət qoymağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ən turistik şəhərdən “Airbnb”yə məhdudiyyət gəlmək üzrədir.

Banco.az xəbər verir ki, Belçikada Avropanın ən turistik şəhərlərindən biri olan Brügge qısamüddətli yerləşdirməni təşkil edən "Airbnb" platformasına yeni obyektlər açmağı qadağan etməyi planlaşdırır.

YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan və orta əsr memarlığı və kanalları ilə Avropanın ən turistik şəhərlərindən biri olan Brügge turist sıxlığı ilə mübarizə üçün “Airbnb”yə bəzi qadağalar qoymağa hazırlaşır.

Milli mətbuatda yer alan xəbərlərə görə, Brügge Bələdiyyəsi turistlərin çoxluğundan yerli əhalinin narahatlığı səbəbindən məşhur qısamüddətli yerləşdirmə platforması “Airbnb”nin mövcud obyektlərinə yeni obyektlərin əlavə edilməsinə icazə verməmək qərarına gəlib.

Ən sərfəli kredit üçün müraciət et

Belçikanın Qərbi Flandriya bölgəsinin paytaxtı Brügge şəhərinin turizm ofisindən alınan məlumata görə, 2023-cü ildə 120 min əhalisi olan şəhərə gündə orta hesabla 27 min 500 turist gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et