Müəllif: Tamara Mustafayeva, Banco.az
İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı olub.
Banco.az xəbər verir ki, Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) 8–14 dekabr tarixlərini əhatə edən Avropa Aviasiya Hesabatını yayımlayıb.
Məlumatlara əsasən, İstanbul Hava Limanı sözügedən dövrdə gündəlik orta hesabla 1 444 reyslə Avropanın ən işlək hava limanları arasında birinci yerdə qərarlaşıb.
İstanbul Hava Limanını gündəlik 1 308 reyslə London Hitrou, 1 285 reyslə Paris Şarl de Qoll və 1 260 reyslə Amsterdam hava limanları izləyib.
İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı isə gündəlik orta hesabla 751 reyslə Avropanın ən işlək 10-cu hava limanı kimi qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
