Avropanın ən işlək hava limanı bəlli olub | Banco.az

Avropanın ən işlək hava limanı bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstanbul Hava Limanı yenidən Avropanın ən işlək hava limanı seçilib.

Banco.az xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 13-19 may tarixləri üzrə “Avropa Aviasiya Hesabatı” dərc olunub.

Hesabatda İstanbul Hava Limanının sözügedən dövr ərzində gündəlik orta hesabla 1434 uçuşla Avropanın ən işlək hava limanları arasında ilk sırada yer aldığı bildirilib.

Bu hava limanını gündə 1412 aviareyslə Amsterdamın Şiphol və 1326 reyslə Londonun Hitrou hava limanları izləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et