"Eurostat"ın məlumatına görə, Avropa İttifaqının ən yüksək borca sahib ölkəsi Yunanıstandır. Yunanıstanın borcları ümumdaxili məhsulun 178,6%-nə bərabərdir və siyahıya liderlik edir. 131,8%-lə İtaliya və 125,7%-lə Portuqaliya siyahıda növbəti yerlərdə qərarlaşıb. Ən az borca sahib ölkə isə Estoniyadır. Bu ölkənin borcu ümumdaxili məhsulun sadəcə 9%-nə bərabərdir.
Ümumilikdə isə 2017-ci ildə Aİ ölkələrinin borcu 83,3%-dən 81,6%-ə düşüb.
Qaynarinfo.az