Müəllif - Aida İsaq, Banco.az
Hollandiya Avropanın ən böyük qaz yatağı olan “Qroningen”də hasilatı dayandırmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, qərar bölgədə zəlzələ risklərinin azaldılması ilə əlaqədar verilib. Hasilat cari ilin oktyabrın 1-dən etibarən dayandırılacaq.
Qeyd edək ki, Avropa enerji bazarında təbii qazın birja qiymətləri min kubmetr üçün 560 dollara qədər bahalaşıb. Artım Hollandiya hakimiyyətinin Avropanın ən böyük yatağının bağlanması planlarına dair xəbərlər fonunda baş verib.
Bizi sosial şəbəkələrdən izləyin!!