Avropanın ən böyük iqtisadiyyatı tənəzzülə girə bilər | Banco.az

Avropanın ən böyük iqtisadiyyatı tənəzzülə girə bilər

Tamara Mustafayeva, Banco.az

Almaniyada idxal və ixrac iyul ayında Ukraynadakı müharibənin təsiri ilə azalıb. Bu azalma Avropanın ən böyük iqtisadiyyatının tənəzzülə girəcəyi gözləntilərini də artırıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniya Statistika İdarəsinin məlumatına görə, ticarət balansı iyulda 5,4 milyard avro müsbət saldo verib. İyun ayında xarici ticarətin müsbət saldosu 6,2 milyard avro təşkil edib.

Bu dövrdə ixrac 2,1 faiz, idxal isə 1,5 faiz azalıb. Əvvəlki ayda idxal 0,2 faiz, ixrac isə 4,5 faiz artmışdı. Sözügedən dövrdə Rusiyaya ixrac əvvəlki ayla müqayisədə 15,1% azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram