"Avropanın ən böyük iqtisadiyyatı Çindən asılıdır" | Banco.az

"Avropanın ən böyük iqtisadiyyatı Çindən asılıdır"

Müəllif:Mehin Qasımova/Banco.az

"Avropanın ən böyük iqtisadiyyatı Çindən asılıdır".

Banco.az xəbər verir ki, bunu  Union Investment-in  analitikləri deyib.

Belə ki, şirkətin mütəxəssisləri dünya üzrə ümumilikdə iki minə yaxın qeydiyyatdan keçmiş firma və müəssisəni təhlil ediblər. 

Tədqiqatın nəticələrinə əsasən onlar belə qənaətə gəliblər ki, hazırda alman biznesinin nümayəndələri Çin qarşısında daha həssasdır. Bütün alman şirkətlərinin demək olar ki, dörddə biri (təxminən 25 faizi) son vaxtlar bu və ya digər şəkildə ÇXR-in iqtisadi təsiri altına düşüb.

Analitiklərin fikrincə , bu göstəriciyə görə Almaniya hətta Çinin ən yaxın qonşuları olan Yaponiya və Cənubi Koreyanı da qabaqlayır. 

"Bundesbank" daha əvvəl Avropanın ən böyük iqtisadiyyatının Çindən  asılılığı barədə xəbərdarlıq etmişdir. Sentyabrın ikinci yarısında alman tənzimləyicisi artan geosiyasi risklər fonunda Almaniyada Çinin artan təsirini yenidən nəzərdən keçirməyə çağırıb. Xüsusilə, alman biznesmenlərindən  Çin iqtisadiyyatına əhəmiyyətli vəsait yatırmamaq istənilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram