Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropanın iki ən böyük iqtisadiyyatı olan Almaniya və Fransa ilin üçüncü rübünə daralma ilə başlayıb.
Banco.az xəbər verir ki, Almaniyada istehsal PMI 38,8 punkta düşüb. Bu, pandemiyanın başladığı 2020-ci ildən bəri ən aşağı səviyyə kimi qeyd olunur.
Qeyd edək ki, indeks bir ildən çoxdur ki, 50 həddini keçə bilmir ki, bu da sektorda daralma olduğunu göstərir.
Fransada istehsal PMI 44,5 punkta, xidmətlər PMI isə 47,4 punkta düşüb.
Bildirilir ki, Avropa Mərkəzi Bankının (ECB) bu həftənin cümə axşamı keçiriləcək iclasında uçot dərəcəsini 25 baza bəndi artıracağı ehtimal edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!