Avropanın 30-dan çox ən böyük bankı və ödəniş xidməti Amerikanın ödəniş sistemlərinə rəqib ola biləcək öz ödəniş “nəhəng”ini yaratmağı planlaşdırır.
Avropa Ödəniş Təşəbbüsü (EPI) adlı layihə artıq sponsorlardan 30 milyon avrodan çox vəsait ala bilib.
“İdeyamız “PayPal”, “MasterCard”, “Visa”, “Google” və “Apple” ilə rəqabət apara biləcək Avropa ödəniş sisteminin yaradılmasından ibarətdir”, – “EPI” rəhbəri Yoahim Şmaltsl qeyd edib.
Bu planın təşəbbüskarları arasında “Deutsche Bank”, “BNP Paribas”, “ING”, “UniCredit” və “Santander” kimi banklar və maliyyə xidmətləri şirkətləri var.
“EPI” layihə üzərində 9 ay əvvəl işləməyə başlayıb. 2020-ci ilin yayında layihəni Avropa Mərkəzi Bankı dəstəkləyib.
“Güman edilir ki, bu ilin sentyabrınadək sistemin iş plan hazırlanacaq. Bundan sonra sərmayədarlar onun inkişafına investisiya yatırmağa hazır olub-olmadığına qərar verəcəklər – onun inkişafı əlavə maliyyə vəsaitləri tələb edir”, – “Financial Times” yazır.
Şmaltslın sözlərinə görə, layihə üçün “bir neçə milyard avro”ya ehtiyac var.
O, Avropada heç kimin Amerikanın ödəniş xidmətləri ilə tək rəqabət apara bilməyəcəyini bildirib.
“Bu, yalnız birləşməyimiz halında mümkün olacaq”, – “EPI” rəhbəri deyib.
O, bildirib ki, layihə çərçivəsində ilk məhsulun gələn ilin əvvəlində təqdim edilməsi planlaşdırılır, ilin ikinci yarısında isə xidmətin funksionallığı genişləndiriləcək.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!