Almaniyanın bazar araşdırma və statistika qurumu "Statista" tərəfindən 30 Avropa ölkəsini əhatə edən tədqiqatda Avropanın ən bahalı ölkəsi İslandiya, ən ucuz ölkəsi isə Bolqarıstan olduğu müəyyənləşdirilib.
Gündəlik istehlak malları üzərindən aparılmış tədqiqatda 2000 ilə 2017-ci illər arasında qiymət artımları faizlə ortaya qoyulub. Araşdırmaya görə, Avropanın ən bahalı ölkəsi olan İslandiyada bahalılıq nisbəti 171% olarkən, İslandiyada son 17 ildə 33.9 faiz bahalaşma baş verib.
İkinci yerdə 165,9% bahalılıq nisbəti ilə İsveçrədir. İsveçrədə son 17 ildə 29% nisbətində qiymət artımı yaranıb. Ən bahalı üçüncü Avropa ölkəsi 151,9% nisbət ilə Norveç, dördüncü yerdə 141% ilə Danimarka,
beşinci yerdə 141% nisbəti ilə Lüksemburq olub.
Ən ucuz ölkə 44 faiz nisbəti ilə Bolqarıstandır. Ölkədə son 17 ildə 12.5% nisbətində bahalaşma baş verib. Növbəti ən ucuz ölkələr - 48.4% bahalılıq nisbəti ilə Rumıniya, 53.2% bahalılıq nisbəti ilə Polşa, 58,5 faiz bahalılıq nisbəti ilə Macarıstan və 60,2%bahalılıq nisbəti ilə Litvadır.
Marja.az