Avropanın ən bahalı gənc futbolçuları bəlli olub | Banco.az

Avropanın ən bahalı gənc futbolçuları bəlli olub

Avropanın top-5 liqalarında çıxış edən və yaşı 23-dək olan ən bahalı futbolçular bəlli olub.

Beynəlxalq İdman Araşdırmalar Mərkəzindən (CIES) verilən məlumata görə, üç oyunçunun dəyəri 150 milyon avro olaraq qiymətləndirilib.

Bunlar Almaniyanın "Borussiya" (Dortmund) klubundan Erlinq Holann, İspaniya "Real Madrid"indən Vinisius Junior və İngiltərə "Mançester Siti"sindən Fil Fodendir.

CİES bunların hər birinin qış transfer dönəmində 150 milyon avro və daha çox məbləğə başqa kluba keçə biləcəyini yazıb.

Qeyd edək ki, Holann, Junior və Fodenin klubları ilə müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et