Avropanın bank sistemi böhranla üzləşə bilər | Banco.az

Avropanın bank sistemi böhranla üzləşə bilər

Müəllif - Aida İsaq, Banco.az

2023-cü ildə Rusiya, ABŞ və Asiyanın bank sektorunda böhran gözlənilmir. Ancaq Avropa bazarında müvafiq tendensiyanın müşahidə olunması gündəmdədir.

Banco.az xəbər verir ki, bu barədə "BCS World of Investments" şirkətinin eksperti Mixail Zeltser bildirib. Onun sözlərinə görə, böhran avrozonada sənaye istehsalının azalması, enerji resursları qiymətlərinin bahalaşması, yüksək inflyasiya və artan maliyyə xərcləri səbəbindən baş verə bilər. Ekspert Rusiyada bank böhranının ümumiyyətlə gözlənilmədiyini vurğulayıb. İqtisadiyyatın Qərb meyllərindən uzaqlaşması, axınların məhdudlaşdırılması sayəsində bank sistemi böhrandan uzaq qaça bilib. Eyni zamanda o, bank sisteminin daxili likvidliyinin də qənaətbəxş olduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram