Avropalıları ən çox narahat edən məsələ yaşayış xərcləridir | Banco.az

Avropalıları ən çox narahat edən məsələ yaşayış xərcləridir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropalıları ən çox narahat edən məsələnin yaşayış xərcləri olduğu məlum olub.

Banco.az xəbər verir ki, Avropa vətəndaşlarını narahat edən və onları son Avropa Parlamenti (AP) seçkilərində səs verməyə təşviq edən əsas məsələlər qiymətlərin və yaşayış minimumunun artmasıdır.

Avropa Parlamentinin (AP) keçirdiyi Aİ-nin Seçki Sonrası Araşdırmasında 150 milyondan çox avropalı seçiciyə 6-9 iyun tarixlərində keçirilən seçkilərdə onları seçkiyə getməyə motivasiya edən səbəblər soruşulub.

Bu səbəblər arasında iqtisadi narahatlıqlar ön plana çıxıb.

“Qiymətlərin və yaşayış minimumunun artması” 42 faiz, “iqtisadi vəziyyət” isə 41 faizlə seçiciləri seçkiyə sövq edən iki əsas narahatlıq var olub.

Ən sərfəli kredit üçün müraciət et

Digər səbəblər arasında 34 faizlə beynəlxalq vəziyyət, 32 faizlə demokratiya və qanunun aliliyinin müdafiəsi, 28 faizlə miqrasiya problemi, 28 faizlə ətraf mühit və iqlim böhranı, həmçinin Aİ-nin müdafiə və təhlükəsizlik siyasəti yer alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram