Avropalı raket istehsalçısı dronlara qarşı yeni sistem hazırlayıb | Banco.az

Avropalı raket istehsalçısı dronlara qarşı yeni sistem hazırlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropalı raket istehsalçısı dronlara qarşı yeni sistem hazırlayıb.

Banco.az xəbər verir ki, Avropalı müdafiə şirkəti “Frankenburg Technologies” Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi tipdə yüksək sürətli hücum dronlarına qarşı nəzərdə tutulan kiçik hava hücumundan müdafiə raketlərinin uğurla sınaqdan keçirildiyini açıqlayıb.

Şirkət ötən həftə Latviyadakı “Adazi” NATO bazasında saatda 200 kilometr (124 mil) sürətlə hərəkət edən, 2 metr uzunluğunda (6,5 fut) pilotsuz uçuş aparatını vurmaq üçün qısa mənzilli raketdən istifadə etməklə sınaqlar həyata keçirib. Şirkət bu nəticəni “irəliləyiş” kimi qiymətləndirir və bunun müdafiə qüvvələrinə daha böyük təhdidlər üçün “Patriot” raket batareyalarını ehtiyatda saxlamaq imkanı verdiyini bildirir.

“Frankenburg” şirkətinin məlumatına görə, saatda min kilometrdən artıq sürətlə uça bilən, 60 santimetr uzunluğundakı raketlərin bir ədədinin maya dəyəri 35 min ABŞ dollarından ucuz olacaq.

“Frankenburg”un icraçı direktoru Kusti Salm bildirib ki, əksər hava hücumundan müdafiə raketlərinin minimum qiyməti təxminən 500 min ABŞ dolları təşkil edir. “Yeni Amerika Təhlükəsizliyi Mərkəzi”nin (CNAS) qiymətləndirməsinə əsasən isə “Raytheon” şirkətinin istehsal etdiyi “Coyote” raketinin bir ədədinin dəyəri təxminən 125 min ABŞ dollarıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram