Avropada texnologiya şirkətlərinin dəyəri azalıb | Banco.az

Avropada texnologiya şirkətlərinin dəyəri azalıb

Müəllif - Aida İsaq, Banco.az

Avropanın texnologiya şirkətlərinin dəyəri cari ildə 400 milyard dollardan çox azalıb.

Banco.az xəbər verir ki, Avropada dövlət və özəl texnologiya şirkətlərinin ümumi dəyəri 2021-ci ilin son rübündə 3,1 trilyon dollardan 2,7 trilyon dollara düşüb. Ekspertlər bunu rekord inflyasiya, faizlərin artması, geosiyasi qeyri-sabitlik və Ukraynadakı vəziyyətlə əlaqələndiriblər.

Qeyd edək ki, payızda investorlar texnoloji startaplara ayda cəmi 3-5 milyard dollar sərmayə yatırıb. Nəticədə cari ilin üçüncü rübündə (iyul-sentyabr) investisiyaların həcmi ötən illə müqayisədə 40%-dən çox azalıb.

Bundan başqa, baş ofisi Avropada olan texnologiya şirkətləri bu il 14 min iş yerini ixtisar edərək işçilərin sayını 7 faiz azaldıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et