Tamara Mustafayeva, Banco.az
Avropada təbii qazın qiyməti kritik səviyyəni keçib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropada təbii qazın qiyməti 4% bahalaşmaqla bir meqavat-saat üzrə 90 avronu üstələyərkən, Almaniyada da elektrik enerjisinin qiyməti bir meqavat-saat üzrə 124 avroya çatıb.
Avropada təbii qaz və elektrik enerjisinin qiyməti qış mövsümünün yaxınlaşması və tədarük çatışmazlığının hələ də davam etməsi səbəbindən yeni anti-rekorda imza atıb.
Regionun təbii qaz üzrə qiymət indikatoru hesab edilən Hollandiya 1 aylıq təbii qaz fyuçersi 4% bahalaşaraq bir meqavat-saatı 90 avroya (104 dollar) yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!